İcma əsaslı rəy mexanizmi- EspoCRM proqram təminatının inteqrasiyası" mövzusunda təlim keçirilib

Əsas səhifə / XƏBƏRLƏR / İcma əsaslı rəy mexanizmi- EspoCRM proqram təminatının inteqrasiyası" mövzusunda təlim keçirilib

3-4 sentyabr tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin könüllüləri üçün İcmaların Cəlb Olunması və İnformasiyanın İdarəedilməsi üzrə məsul şəxslər tərəfindən "İcma əsaslı rəy mexanizmi- EspoCRM proqram təminatının inteqrasiyası" mövzusunda 2 günlük təlim keçirilib. Təlim zamanı könüllülər icmalardan rəy toplamaq və bu rəylərə cavab vermək üçün EspoCRM proqram təminatından necə istifadə etməyi öyrəniblər. Tədbirdə, İcmaların cəlb olunması ve cavabdehlik üzrə əməkdaşı Rüstəmova Kamilla və İnformasiyanın idarəedilməsi üzrə əməkdaşı Şöhrət Nağıyeva cıxış ediblər.  Təlimin sonunda iştirakçılara Azərbaycan dilinə tərcümə edilmiş Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətlərinin İcmaların Cəlb Olunması və Cavabdehlik üzrə təlimat kitabçası hədiyyə edilib.